Təmirə Başlamazdan Əvvəl Bilməli Olduğunuz 5 Qızıl Qayda

1. Dəqiq Büdcə Planlaması: Sürprizlərə Hazır Olun
Təmirə başlamazdan əvvəl edilməsi gərəkən ən vacib addım, real və detallı bir büdcə tərtib etməkdir. Bu büdcə sadəcə material və usta pulunu deyil, həm də çatdırılma, yükləmə-boşaltma, zibillərin daşınması kimi gizli xərcləri də əhatə etməlidir. Təcrübə göstərir ki, hər təmirdə gözlənilməz xərclər çıxır (məsələn, söküntü zamanı gizli problemlərin aşkarlanması). Buna görə də, ümumi büdcənizin üzərinə mütləq 15-20% ehtiyat fondu (nepredvidennye rasxody) əlavə edin. Bu, işin ortasında maliyyə çətinliyi səbəbindən təmirin dayanmasının qarşısını alacaq.
2. Dizayn Layihəsinin Hazırlanması: Xəritəsiz Yola Çıxmayın
Bir çox insan "dizayn layihəsi əlavə xərcdir" deyə düşünür, halbuki keyfiyyətli bir layihə sizi gələcəkdəki böyük və səmərəsiz xərclərdən qoruyur. Layihə olmadan işə başlamaq, "gözəyarı" qərarlar verməyə, divarların yalnış yerdən hörgüsünə, elektrik rozetkalarının mebelin arxasında qalmasına və nəticədə söküb-yenidən tikməyə səbəb ola bilər.
Dizayn layihəsi sizə aşağıdakıları verir:
- Dəqiq ölçülər və planlaşdırma.
- Elektrik, santexnika və havalandırma sistemlərinin sxemləri.
- Materialların dəqiq miqdarı (artıq material alıb israf etməzsiniz).
- Son nəticənin 3D vizualizasiyası.
3. Usta Seçimində Diqqətli Olun: Qiymət yox, Keyfiyyət
Təmirin keyfiyyəti, istifadə olunan materiallardan çox, ustanın peşəkarlığından asılıdır. Ən bahalı kafel belə, səriştəsiz usta tərəfindən vurularsa, bərbad görünə bilər. Usta seçərkən yalnız qiymətə aldanmayın.
- Mümkünsə, ustanın əvvəlki işlərinə canlı baxın.
- Tanışların tövsiyələrinə qulaq asın.
- İşə başlamazdan əvvəl qiymətləri və görüləcək işlərin siyahısını dəqiqləşdirin.
4. Materialları Əvvəlcədən Sifariş Edin: Vaxt İtkisinin Qarşısını Alın
Təmir zamanı ən böyük problemlərdən biri material çatışmazlığı səbəbindən işin dayanmasıdır. Bəzi xüsusi materialların (eksklüziv kafel, parket, sifarişli qapılar) xaricdən gətirilməsi 4-6 həftə çəkə bilər. Buna görə də, iş planına uyğun olaraq materialları əvvəlcədən sifariş vermək lazımdır. Santexnika avadanlıqlarını, kafel və metlaxı iş başlamazdan əvvəl seçib almaq (və ya depoda saxlatdırmaq) daha məqsədəuyğundur.
5. Müqavilə və Təhvil-Təslim: Hər Şeyi Rəsmiləşdirin
İstər dizaynerlə, istərsə də təmir briqadası ilə işləyərkən, şifahi razılaşmalarla kifayətlənməyin. Yazılı müqavilə (və ya heç olmasa imzalanmış smeta) hər iki tərəfin məsuliyyətini artırır. Müqavilədə aşağıdakılar qeyd olunmalıdır:
- Görüləcək işlərin dəqiq siyahısı.
- İşin başlama və bitmə tarixləri.
- Ödəniş cədvəli (heç vaxt pulun hamısını əvvəlcədən verməyin, mərhələli ödəniş edin).
- Tərəflərin zəmanət öhdəlikləri.
Niyə biz?
Məkanlarınızı funksional, estetik və xarakterinizə uyğun interyer həlləri ilə dəyərə çeviririk.
Planlaşdırma və funksionallıq üzərində işləyirik
Hər layihəyə təyinatından başlayaraq yanaşırıq ki, həm yaşayış, həm də kommersiya məkanlarında hər kvadratmetr məqsədli işləsin.
Material və büdcə balansı
Premium və əlçatan materialları düzgün kombinə edərək həm davamlılıq, həm də büdcəyə nəzarəti qoruyuruq.
Xarakterinizə uyğun estetik dil
Hər interyer həlli sizin zövqünüzə və həyat tərzinizə uyğunlaşdırılır – hazır şablon dizaynlardan istifadə etmirik.
Tam xidmət zənciri
Eskizdən 3D vizuallaşdırmaya və müəllif nəzarətinə qədər bütün mərhələlərdə sizinlə yanaşı işləyirik.